İnsanlara hürriyət, millətlərə istiqlal!

Annalena Berbok Yaxın Şərqə səfər edəcək

Almaniya xarici işlər naziri Annalena Berbok gələn həftə Yaxın Şərqə səfər edəcək.

"Times of Israel" xəbər verir ki, bu barədə Almaniya XİN sözçüsü bildirib.

XİN rəsmisinin sözlərinə görə, Berbok Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən dərhal sonra bazar ertəsi (24 iyun) İsrailə gedəcək. Almaniya xarici işlər naziri Yerusəlimdə / Qüdsdə israilli həmkarı İsrael Katzla görüşəcək.

İsraildə səfərdə olarkən Almaniya XİN rəhbəri Herzliya Təhlükəsizlik Konfransında da çıxış edəcək.

Çərşənbə axşamı (25 iyun) o, Ramallahda Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacaq.

XİN sözçüsü bildirib ki, Annalena Berbok daha sonra Beyrutdakı rəsmilərlə danışıqlar aparmaq üçün Livana gedəcək.

"Nazir rəsmilərlə müzakirələrində Qəzzadakı müharibə və davam edən fəlakətli humanitar vəziyyətlə yanaşı, israillilərə və fələstinlilərə təhlükəsiz şəraitdə birlikdə yaşamağa imkan verən gələcəyin necə görünə biləcəyi sualına diqqət yetirəcək. Fələstin ərazilərində İordan çayının qərb sahilindəki vəziyyət, Fələstin Administrasiyasının islahat səyləri də diqqət mərkəzində olacaq", Almaniya XİN sözçüsü deyib.

Səfər zamanı İsrail və Livan sərhədindəki xüsusilə gərgin və təhlükəli vəziyyət də müzakirə olunacaq.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR