Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyində olan Etimesqut Bələdiyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Etimesqut Bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu ilə yanaşı, çoxlu sayda şəxsin saxlanıldığı bildirilir.
Əməliyyatın hansı təhqiqat və cinayət işi çərçivəsində həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda Etimesgut Bələdiyyəsinin binasında, eləcə də saxlanılan şəxslərin yaşayış ünvanlarında axtarışlar davam etdirilir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ