Onlayn ictimai-siyasi qəzet
ABŞ-də yaşayan azərbaycanlı gəncin itkin düşməsi ilə bağlı narahatlıq doğuran məlumat yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə Amerikada fəaliyyət göstərən azərbaycanlı aparıcı Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Bayramzadə Ömər Yaşar oğlu təxminən 3 həftə əvvəl Kolumbus şəhərində yaşadığı evdən çıxıb və həmin vaxtdan etibarən ailəsi onunla əlaqə saxlaya bilmir.
Bildirilib ki, hadisə ilə bağlı artıq polisə məlumat verilib və axtarış tədbirləri davam etdirilir.
Aparıcı ictimaiyyətə müraciət edərək qeyd edib ki, gənci görən və ya onun harada olması ilə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 614 972 2860
Şahanə Rəhimli
Musavat.com
![]()
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ