İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali postun cazibəsi - 70-88 yaşlı rəhbərlər ölkələrinin 1-ci şəxsi olmaqdan doymurlar

Bir zamanlar özünə çox gənc prezidentlər (Con Kennedi – 43 yaş, Billi Klinton – 46 yaş) seçən ABŞ-ı hazırda 81 yaşlı Cozef Bayden idarə edir və o, 82 yaşında daha bir müddət seçilmək iddiası göstərərək. dövləti 86 yaşına qədər idarə etmək fikrindədir. Baydenin əsas alternativi isə 78 yaşlı Donald Trampdır. O da yenidən president olmaq iddiasından geri çəkilmir.

baytra.jpg (430 KB)

Maraqlıdır, Bayden və Trampdan başqa dünya ölkələrində yaşı 70 və ondan çox olan daha hansı rəhbərlər hələ də ali postda işləməkdə davam edirlər?

Yaşı 90-a dirənənə qədər dövlət başçısı postunda çalışan Fidel Kastro və Raul Kastro qardaşları əvəzlənib, yaşı 80-i keçən Nursultan Nazarbayev də yerini daha gənc xələfinə verib. Amma yenə də ömrü və siyasi karyerası uzun olan liderlər var.

Onlardan bəzilərini təqdim edirik.

248px-Rodrigo_Duterte_meets_with_Salman_of_Saudi_Arabia_(2017-04-11)_(cropped).jpg (35 KB)

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud 31 dekabr 1935-ci ildə doğulub, 88 yaşı var. O, oğlu Məhəmməd bin Salmanı özünə vəliəhd şahzadə təyin edərək, əksər səlahiyyətlərini ona ötürsə də, dövlət başçısı postunda qalmaqda davam edir. Böyük ehtimalla dövləti idarə etmək qabiliyyətini tam itirsə də, son nəfəsini verənə qədər kral olaraq qalacaq.

Ali_Khamenei_crop.jpg (35 KB)

İran dövlətinin faktiki rəhbəri, ali dini lideri Əli Xamneyi 19 aprel 1939-cu il təvəllüdlüdür, 84 yaşı var. 1981–1989-cu illərdə İran prezidenti olub. Xamneyi Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, Məhəmməd Rza şah Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideri Xamneyidir. O da səudiyyəli həmkarı kimi son nəfəsinə qədər ali rəhbər postunda qalacaq.

Sergio_Mattarella_Presidente_della_Repubblica_Italiana.jpg (43 KB)

İtaliyanın prezidenti Sercio Mattarella 23 iyul 1941-ci ildə mafiyalar yuvası Sicilayının Palermo şəhərində doğulub, 82 yaşı var. 2015-ci il fevralın 3-dən İtaliyanın prezidentidir. 1987-1990 və 1998-2001-ci illərdə altı İtaliya hökumətinin üzvü olub. Amma İtaliya Konstitusiya Məhkəməsinin keçmiş hakimi Mattarella ömürlük prezident deyil, növbəti seçkilərdə yerini daha gənc birinə verəcək

Emmerson_Mnangagwa_Official_Portrait.jpg (25 KB)

2017-ci ildə Zimbabvenin ömürlük hökmdarı Robertu Muqabeni əvəzləyən Emmerson Dambudzo Mnanqaqva 15 sentyabr 1942-ci ildə doğulub, 82 yaşı var. O da ömrü vəfa etdikcə hakimiyyətdə qalacaq, seçildikcə seçiləcək. Onu vəzifəsindən yalnız ya saray çevrilişi (özü Muqabeni aşırdığı kimi), ya da hərbi çevriliş kənarlaşdıra bilər.

Foto_oficial_de_Luiz_Inácio_Lula_da_Silva_(ombros).jpg (36 KB)

Braziliyanın prezidenti Luis İnasio Lula da Silva 27 oktyabr 1945-ci ildə anadan olub. O, ölkəsinin 35-ci (2003-2011-ci illərdə) və 39-cu (2023-cü ildən) prezidentidir. 77 yaşlı Luis da Silvanın gələcək karyerası seçicilərin rəyindən asılıdır.

330px-Ortega_Lula_-_ABr_28.07.20102225_(cropped).jpg (26 KB)

Nikaraquanın prezidenti Xose Daniel Orteqa Saavedra 11 noyabr 1945-ci ildə doğulub, 77 yaşı var. Orteqa 1985–1990-cı illər arasında SSRİ-nin hərbi dəstəyi ilə hakimiyyətdə olub. 10 yanvar 2007-ci ildə yenidən Nikaraqua prezidenti seçilib. 2021-ci ilin noyabrında isə o, rəsmi informasiyaya görə, 75% səs toplayaraq dördüncü dəfə ölkəsinə rəhbərlik etmək hüququ qazanıb. Ömrü çatsa, 5-ci dəfə də seçiləcək.

 binyam.jpg (230 KB)

İsrailin baş naziri Binyamin Netanyahu 21 oktyabr 1949-cu ildə Tel-Əvivdə doğulub, 74 yaşı var. Netanyahu da çox seçilənlərdəndir. O, 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə İsrailin baş naziri olub (ölkə tarixində bu vəzifəni ən uzun müddət tutan şəxsdir - 15 il 3 ay. 2022-ci ilin dekabrından yenidən baş nazirdir.

Official_portrait_of_Narendra_Modi,_2022_(cropped).jpg (104 KB)

Hindistanın baş naziri Narendra Damodaridas Modi 17 sentyabr 1950-ci ildə Vadneqarda doğulub, 73 yaşı var. O, ölkəsinin 16-cı baş naziridir, 2014-cü ilin 26 mayından bu vəzifəni tutur. Partiyası növbəti seçkiləri uduzsa, Modi postunu təhvil verəcək.

Mian_Shehbaz_Sharif.JPG (31 KB)

Pakistanın hazırkı prezidenti Mian Məhəmməd Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə Lahorda anadan olub. 72 yaşlı Şahbaz Şərif Pakistana 4 dəfə rəhbərlik etmiş sabiq baş nazir Nəvaz Şərifin kiçik qardaşıdır. O, özü də üç dəfə Pəncabın baş naziri vəzifəsində çalışıb. 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib.

Vladimir_Putin_September_5,_2022_(cropped).jpg (44 KB)

Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqrad şəhərində doğulub, 71 yaşı var. O, 2000-ci ilin yanvarından Rusiyaya rəhbərlik edir, əvvəlcə baş nazir (1999-2000) olub, sonra iki dəfə (2000 və 2008-ci illərdə) prezident seçilib, arada (2008-2012) yenə baş nazir təyin edilib, daha sonra isə yenidən prezident seçilib. Putin növbəti seçkidə yenidən dövlət başçısı seçilmək fikrindədir.

Xi_Jinping_2016.jpg (27 KB)

Çinin rəhbəri Si Tsinpin 15 iyun 1953-cü idlə doğulub. İki gündən sonra 70 yaşı tamam olacaq. 14 mart 2013-cü ildən Çin Xalq Respublikasının sədridir. Si Tsinpin bəzən Çinin “ali lideri” adlandırılır. 2016-cı ildə partiya ona rəsmi olaraq “əsas lider” titulu verib. O, Çinin hakim Kommunist Partiyasının baş katibidir (2012-ci ildən).

meksika obrad.jpg (29 KB)

Meksikanın prezidenti Andres Manuel Lopes Obradorun 70 yaşı bu il noyabrın 13-də tamam olacaq. O, 2018-ci ildən Meksikanın rəhbəridir, seçicilərin etimadını qazansa, yenidən president kürsüsündə oturacaq.

AbdelFattah_Elsisi.jpg (20 KB)

Misirin prezidenti Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi 19 noyabr 1954-cü ildə Qahirədə doğulub. O, Misirin altıncı prezidentidir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR