İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisanın başına iş gəldi: "Günümüz qanlı bitdi" - VİDEO

Aktrisa Üzel Kərimovanın başına iş gəlib.

Musavat.com xəbər verir ki, aktrisa ailəsi və rəfiqələri ilə çərşənbə axşamını qeyd etmək üçün restorana gedib. Restoranda isə insident yaşanıb və rəfiqəsinin həyat yoldaşı xəsarət alıb.

Üzel bu haqda sosial şəbəkədə video paylaşıb:

"Günümüz yaxşı başladı, amma qanlı bitdi. İki xəstəxana gəzmişik. Ailəmiz və ailə dostlarımız restoranların birində qonaq olduq. Kiçik hadisə baş verdi və daha sonra böyüdü. Bizim masamız xanımlar və uşaqlarla dolu idi. Tək kişi rəfiqəmin həyat yoldaşı idi. Hadisə nəticəsində ona xəsarət yetirildi və biz təcili yardımla xəstəxanaya getdik. Restoranda dedilər ki, biz tədbir görəcəyik, amma heç bir tədbir görülmədi".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR