İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Zəngəzur dəhlizinin tikintisi üçün hərəkətə keçdi – Bakıdan REAKSİYA

Amerikanın AECOM mühəndislik və konsaltinq firmasının komandası ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı ərazi araşdırmalarına başlamaq üçün Ermənistana səfər edib.

Musavat.com bildirir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

AREMN.jpg (291 KB)

Qeyd olunub ki, bu işlərə Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturların tikintisi üzrə texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxildir.

Beləliklə, 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaya uyğun olaraq ABŞ Zəngəzur dəhlizi – Tramp dəhlizinin tikintisi istiqamətində hərəkətə keçib.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında Zəngəzur dəhlizinin tikintisinə dair yeni mərhələyə start verilməsi ilə bağlı bunları söyləyib:

“ABŞ bir müddət əvvəl Ermənistanla ortaq şirkət yaratdı ki, Tramp yolunun inşası başlansın. Yəni əslində bu prosesi ləngitməyə, yaxud Ermənistanda parlament seçkilərinin nəticələrini gözləməyə ehtiyac yoxdur. Keçən ilin 8 avqustunda sənədlər imzalanıb, işə başlanılmalıdır ki, qısa müddətdə Tramp yolu hazır olsun və nəqliyyat marşrutu işlək bir mexanizmə çevrilsin”.

Şahinoğlu ABŞ-nin də tələsdiyini güman edir:

“Bu marşrut həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Bölgədə də vəziyyət xeyli gərgindir. Belə bir gərginlik ərəfəsində inşaat işlərinə başlanması Cənubi Qafqaz ölkələrinin sülh və sabitliyə önəm verməsinin gözəl bir nümunəsidir”.

Bu arada, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərinin vaxtı da məlum olub.

“Associated Press” nəşri məlumat yayıb ki, Vens İtaliyanın Milan şəhərində fevralın 6-da baş tutacaq Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək. Agentliyin yazdığına görə, Vens İtaliyadan sonra Cənubi Qafqaza yollanacaq və burada ABŞ prezidenti Donald Trampın tapşırığı ilə Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişənin həllinə yönəlmiş razılaşmanın hazırlanması üzərində işləyəcək.

Bununla belə, məlumatda vitse-prezidentin hər iki ölkəyə dəqiq hansı tarixdə gələcəyi qeyd olunmayıb. Ehtimal edilir ki, diplomatın səfəri 7-8 fevral aralığında gerçəkləşə bilər.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR