İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmisi İranla bağlı “ictimai maraqlara zidd” məlumat yayanları hədələdi

ABŞ Federal Rabitə Komissiyasının sədri Brendan Karr yayımçılara sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, X hesabında yayımçıları İrana qarşı Amerika əməliyyatı ilə bağlı yalan məlumat verdiyinə görə lisenziyalarını ləğv etməklə hədələyib. Karr hadisələrin işıqlandırılmasının yalnız ictimai maraqlar naminə aparılmasında israr edir: “Dezinformasiya və faktların təhrif edilməsi ilə məşğul olan şirkətlər lisenziyalarının müddəti bitməmişdən əvvəl səhvlərini düzəltmək imkanına malikdirlər. Qanunda açıq şəkildə göstərilir ki, yayımçılar ictimai maraqlar naminə hərəkət etməli, əks halda lisenziyaları ləğv olunmalıdır”.

Qeyd edək ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın "Wall Street Journal" qəzetinin Səudiyyə Ərəbistanı bazasına edilən hücumda ABŞ Hərbi Hava Qüvvələrinin beş tanker təyyarəsinin zədələnməsi barədə xəbərini təkzib etməsindən sonra verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR