İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Polşadakı NATO bazasına bütöv bir zirehli briqada göndərib

Polşanın qərbindəki Povidza bölgəsində yerləşən ABŞ bazasında Pentaqona məxsus zirehli texnikanın bir partiyası NATO-nun yeni anbarlarına çatdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşri məlumat yayıb.

“NATO-nun şərq cinahında təcavüzə qarşı sipər kimi bütöv bir zirehli briqadanı təchiz edə bilən tanklar və digər zirehli texnika Polşadakı yeni anbara gəlib”.

Bildirilir ki, birinci partiya, xüsusən, on dörd “M1 Abrams” tankı ilə təmsil olunur.

“Ukrayna ilə sərhəddən təxminən 400 km qərbdə yerləşən poliqonda tezliklə 85 döyüş tankı, “M2 Bradley” də daxil olmaqla 190 zirehli döyüş maşını və “M109 Paladin”, 35 artilleriya qurğusu yerləşdiriləcək, - deyə məlumatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR