İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ neft ehtiyatlarını İran müharibəsindən sonra bərpa edəcək

ABŞ İrana qarşı hərbi əməliyyatını başa vurduqdan sonra strateji neft ehtiyatlarını bərpa edəcək.

Musavat.com xəbər verir ki, bunu Fox News-a verdiyi müsahibədə Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib: "Əməliyyat başa çatan kimi strateji neft ehtiyatını artıracağıq".

Levitt əlavə edib ki, Amerika hakimiyyəti vətəndaşların benzin qiymətlərinin artması ilə bağlı narahatlıqlarını başa düşür: "Biz sizin narahatlıqlarınızı başa düşürük və onları ciddi qəbul edirik və bu məsələni həll etmək üçün bir planımız var. Bu, qlobal neft qiymətlərində müvəqqəti, qısamüddətli dalğalanmadır. Prezident Donald Tramp zəruri hallarda və ordu uyğun hesab etdikdə gəmiləri Hörmüz boğazından müşayiət etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini yerləşdirmək istədiyini bildirib. Qiymətləri sabitləşdirmək üçün artıq dənizdə olan neftə qarşı bəzi sanksiyaları qaldırdıq. Bundan əlavə, strateji ehtiyatdan nefti buraxdıq".

Qeyd edək ki, 11 martda ABŞ Energetika Nazirliyi 120 gün ərzində ehtiyatdan 172 milyon barel neft buraxacağını açıqlayıb. İlk partiyanın gələn həftənin sonuna qədər bazara daxil olması gözlənilir.

Hazırda ABŞ-ın dövlət neft ehtiyatları 415 milyon bareldir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR