İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Çin bu razılaşmanın müddətini uzatdı

Vaşinqton və Pekin ticarət gərginliyinin azaldılmasına yönəlmiş müqavilələrin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə naziri Skott Bessent Fox News-a verdiyi müsahibədə açıqlayıb:

"Biz bu gün iki ölkə arasında iqtisadi gərginliyin azaldılmasına yönəlmiş Busan sazişinin müddətini uzatmaq barədə razılığa gəldik. Bu sazişin müddəti 10 noyabrda başa çatmalı idi. Saziş 10 yanvara qədər uzadılacaq ki, bu da bizə iqtisadi cəhətdən nəyin edilə biləcəyini anlamaq üçün daha çox vaxt verəcək".

ABŞ və Çin liderlərinin 30 oktyabr 2025-ci ildə Busanda keçirilən görüşündən sonra tərəflər tariflərin qismən azaldılması, qarşılıqlı tariflərin dayandırılmasının uzadılması və bəzi ticarət və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR