İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Argentina nəhəng layihənin icrasına başlayır

ABŞ və Argentina sonuncunun mineral yataqlarını Atlantik okeanı sahillərindəki limanlarla birləşdirən birgə infrastruktur layihəsinə başlayır.

Musavat.com xəbər verir ki, məlumatı Argentina Xarici İşlər Nazirliyi açıqlayıb: "Argentinanın xarici işlər naziri Pablo Kvirno və ABŞ dövlət katibinin müavini Kristofer Landau Argentina iqtisadiyyatının həyati əhəmiyyətli sektorlarını əsas Atlantik limanları və Qərb bazarları ilə birləşdirən infrastrukturu gücləndirmək və modernləşdirmək üçün birgə təşəbbüs olan And-Atlantik Dəhlizini başlatdılar".

Bildirilir ki, layihə ABŞ-ı "Argentinada əsas infrastruktur və investisiya tərəfdaşı" edir: "Amerika investisiyaları və dəmir yolları, daxili su yolları, limanlar, boru kəmərləri və elektrik infrastrukturu sahələrinə yardım sayəsində mineralların, neftin və qazın ixracı artacaq".

Nazirliyin məlumatına görə, layihə Argentina və ABŞ-a Vaca Muerta neft və qaz yatağının işlənməsi də daxil olmaqla, "ABŞ investisiyaları, texnologiyası və maliyyə alətləri, o cümlədən birbaşa kreditlər, kredit zəmanətləri və sığorta məhsulları vasitəsilə kapital, avadanlıq və Amerika mənşəli xidmət təminatçılarını səfərbər etmək" yolu ilə enerji sektorunda əməkdaşlığı gücləndirməyə imkan verəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR