Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff İrlandiyanın Şennon hava limanında Volodimir Zelenski ilə görüşüb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, mənbələrindən birinin məlumatına görə, görüş 21 sentyabrdan əvvəl baş tutub.
Başqa bir mənbə əlavə edib ki, görüş Retkliff və Zelenskinin təyyarələri yanacaq doldurarkən baş tutub. Onların müzakirəsinin təfərrüatları dəqiqləşdirilməyib.
"Financial Times" bu ay MKİ direktorunun Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda daha fəal rol oynamağı planlaşdırdığına dair məlumat yayıb. MKİ sözçüsü Liz Lyons daha sonra nəşrin məlumatlarının "doğru olmadığını" qeyd edib.
Con Retkliff 25 avqustda Moskvaya səfər edib.
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ