Onlayn ictimai-siyasi qəzet
ABŞ Ordusu İran blokadasını pozmağa və limanlarından birinə girməyə çalışan Panama bayrağı altında yük gəmisinə raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Mərkəzi Komandanlığının X hesabında yayılıb:
"ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri Vela Nova gəmisinin mülki heyətinin ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamasından sonra onun mühərrik bölməsinə iki Hellfire raketi atıb. Gəmi artıq İrana doğru getmir və ABŞ-ın qüvvədə olan blokadasını pozmur".
Qeyd olunur ki, 11 avqust tarixinə olan məlumata görə, Mərkəzi Komandanlıq qüvvələri blokadanı pozmağa çalışan 55 kommersiya gəmisinin hərəkətinin qarşısını alıb, üç gəmini sıradan çıxarıb və daha iki gəmiyə qüvvə çıxarıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ