Onlayn ictimai-siyasi qəzet
ABŞ Hörmüz boğazındakı gəmilər üçün yeni xəbərdarlıqlar yayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında davam edən gərginlik fonunda Hörmüz boğazından keçən ticarət gəmiləri üçün tövsiyələrini yeniləyib:
▪️ABŞ Nəqliyyat Departamentinin Dəniz Administrasiyasının (MARAD) rəhbərliyi ABŞ bayrağı altında üzən gəmilərə naviqasiya təhlükəsizliyinə təhlükə yaratmadan İranın ərazi sularından mümkün qədər uzaq durmağı tövsiyə edir.
▪️ İran qüvvələri gəmidən yoxlama tələb edərsə, gəmilərə şifahi olaraq imtina etmələri tövsiyə olunur, lakin yoxlama baş tutarsa, hər hansı zorakı müqavimət göstərməməlidirlər.
Qeyd edək ki, İran daha əvvəl bir neçə dəfə Hörmüz boğazını bağlamaqla hədələyib.
Tövsiyələr Tehran və Vaşinqton arasında davam edən danışıqlar fonunda yayımlanıb.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ