İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da məmur Ənsər-Allaha yardım edirmiş

ABŞ Energetika Nazirliyinin əməkdaşı Vaşinqton ştatında husilərin Ənsar Allah (Husilər) təşkilatına yardım göstərməyə cəhd ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi açıqlayıb: "Vaşinqtonun Riçland şəhərinin sakini, 51 yaşlı Aşton Hamed Ellabudi həbs edilib. O, Husilərə maddi yardım və ya resurs göstərməyə cəhddə ittiham olunur".

Prokurorluğun məlumatına görə, "işçi xaricə səyahət edib və Husilərə kömək etmək üçün ixtisaslaşmış biliklərindən istifadə edib", həmçinin "partlayıcı maddələr və onları daşıya bilən partlayıcı dronlar" yaratmaq üçün materiallar alıb.

Əgər günahı sübut olunarsa, Ellabudi 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR