İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bütün hərbçilərini BU ÖLKƏDƏN ÇIXARIR

ABŞ Suriyada qalan bütün qoşunlarını geri çəkir.

Musavat.com "The Wall Street Journal"a istinadən xəbər verir ki, ABŞ artıq Ərəb Respublikasında qalan təxminən 1000 nəfərlik hərbi heyətini geri çəkmək prosesindədir.

Bu proses təxminən iki ay çəkə bilər. Bildirilir ki, qərar ABŞ ilə İran arasında artan gərginliklə əlaqəli deyil.

Fevralın əvvəlində ABŞ Mərkəzi Komandanlığının Suriyadakı Əl-Tanf hava bazasından Amerika qüvvələrinin nizamlı şəkildə geri çəkilməsi prosesini başa çatdırdığı bildirilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR