İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ali Məhkəməsi tarif qərarına yenidən baxacaq? - Trampdan şok paylaşım

ABŞ prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsi tərəfindən idxal tariflərinə dair qərara yenidən baxılması ehtimalını irəli sürüb.

Musavat.com xəbər verir ki, Tramp Truth Social-da paylaşımında etiraf edib ki, ən yüksək məhkəmənin qərarı ABŞ hökumətini digər ölkələrə ödənilən yüz milyardlarla dollarlıq tarifləri geri qaytarmağa məcbur etməklə hədələyir: "ABŞ Ali Məhkəməsinin son tarif qərarı illərdir Amerika Birləşmiş Ştatlarını qaçaqmalçılıq yolu ilə mənimsəyən ölkələrə və şirkətlərə yüz milyardlarla dolların qaytarılmasına imkan verə bilər. İndi isə bu qərara əsasən, onlar bunu daha da böyük miqyasda davam etdirə bilərlər. Əminəm ki, Ali Məhkəmənin nəzərdə tutduğu bu deyildi".

Daha sonra o, qərara yenidən baxılması ehtimalına işarə edib: "Bu işdə yenidən məhkəmə prosesi və ya hökm mümkündürmü"?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR