İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçi: İranın nüvə proqramının hərbi həlli yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı hərbi həll mövcud deyil.

Musavat.com xəbər verir ki, o, bu barədə çıxışı zamanı danışıb.

Nazir bildirib ki, ötən il də oxşar cəhdlər olub, lakin İranın nüvə proqramını məhv etmək mümkün olmayıb.

“Bu, artıq keçən il sınaqdan keçirildi... Onlar bizim nüvə proqramımızı məhv edə bilmədilər. Biz amerikalıları düşmən hesab etmirik. Biz ABŞ hökumətinin İrana qarşı siyasətini düşmənçilik kimi qiymətləndiririk. Bu düşmənçilik hərəkətləri dayandırılarsa, bəlkə də başqa münasibətlərin qurulması imkanını nəzərdən keçirə bilərik”, – deyə Abbas Əraqçi vurğulayıb.

Diplomat əlavə edib ki, ABŞ Tehran qarşısında uranın zənginləşdirilməsinin tam dayandırılması tələbi irəli sürməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR