Onlayn ictimai-siyasi qəzet
“Hər il olduğu kimi, bu il də 500 gənc xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil alacaq. Onlardan 155-i bu il dünyanın ən nüfuzlu 10 universitetinə qəbul alıb və təhsil almaq hüququ əldə edəcək. Bu da bizi sevindirir və inanırıq ki, möhtərəm Prezidentin təşəbbüsü ilə icra olunan bu proqram Azərbaycanın gələcəyi üçün olduqca vacib töhfələr verəcək”.
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2026–2027-ci tədris ilində 500 gənc xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində təhsil alacaq.
Onun sözlərinə görə, həmin gənclərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universitetinə qəbul olunub.
Emin Əmrullayev qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramının həyata keçirilməsi ölkənin gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir proqramın Prezidentin təşəbbüsü ilə icra olunduğunu vurğulayaraq, onun Azərbaycanın gələcəyi üçün mühüm töhfələr verəcəyinə inandığını bildirib.
Şahanə Rəhimli
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ