Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında baş vermiş növbəti insidentlə bağlı rəsmi bəyanat yayıb. Qurumun yaydığı məlumatda strateji su keçidinin tamamilə bağlandığı və nəzarətdə saxlanıldığı bildirilir.
Musavat.com xəbər verir ki, SEPAH-ın bəyanatında Hörmüz boğazının cənubunda yerləşən qadağan olunmuş zonadan keçməyə cəhd edən 9325336 naviqasiya nömrəli "Elqaya" supertankerinin dəniz minalarına çırpılaraq partladığı qeyd olunub.
Partlayışdan sonra gəmidə başlayan yanğının qarşısını almaq cəhdləri nəticəsiz qalıb və hazırda tanker tamamilə alovlar içindədir.
Qurumdan bildirilib ki, bundan əvvəl də sözügedən ərazidən qeyri-qanuni keçidin həyati təhlükə daşıdığı barədə xəbərdarlıq olunub. SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bağlı qaldığını və onların tam nəzarəti altında olduğunu bir daha qətiyyətlə bəyan edib.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ