Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, dəyişikliklərə əsasən, Azərbaycanda hüquqi şəxslər kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilmək üçün 2750 manat dövlət rüsumu ödəyəcəklər.
Həmçinin, Azərbaycanda kraudfandinq platforması operatorunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi Mərkəzi Bankın (AMB) razılığı əsasında mümkün olacaq.
“Kraudfandinq haqqında” yeni qanun layihəsinə əsasən, payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün AMB-yə ərizə təqdim etməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
07 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ