İnsanlara hürriyət, millətlərə istiqlal!

11 milyardlıq yeyinti, Mustafa Sandalın xanımı cinayət işində - Müğənnidən təcili açıqlama

Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup Sandalın adının İstanbulda aparılan “fon” istintaqında hallanmasından sonra açıqlama verib.

Musavat.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Melis Sütşurup Sandal barəsində ölkədən çıxış qadağası tətbiq edilib və əmlakına həbs qoyularaq dondurulub.

İstintaq “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “ağırlaşdırılmış dələduzluq”, “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” və Kapital Bazarı Qanununa zidd əməllər üzrə aparılır.

İstintaq çərçivəsində ümumilikdə 42 fiziki şəxsin əmlakı ilə bağlı tedbir qərarının verildiyi barədə məlumat yayılıb.

Məsələ Melis Sandalın son üç ay ərzində ləğv edilməsinə qərar verilən fondlardan təxminən 11 milyard lirəlik pul çıxarışı həyata keçirdiyi barədə iddiaların yayılmasından sonra gündəmə gəlib. Ayrı-ayrı mənbələrdə onun həmin əməliyyatlardan 2 milyard 350 milyon lirə xalis qazanc əldə etdiyi də iddia olunub. Bununla belə, Melis Sandalın vəkili Şahin Baran bu iddianı rədd edərək onun fondlardan qazanc əldə etmədiyini, əksinə, pulunun bir hissəsinin fondlarda qaldığını bildirib.

6648505d-8b89-401d-9777-37cac433fc77.jpg (142 KB)

Mustafa Sandalın meneceri Tekin Önal da daha əvvəl məsələnin birbaşa müğənni ilə bağlı olmadığını, iddiaların ünvanının Melis Sütşurup Sandal olduğunu və Mustafa Sandal barəsində birbaşa ittihamın olmadığını açıqlamışdı.

Bundan sonra Mustafa Sandal özü də səssizliyini pozaraq bildirib:

“Əziz dostlar, mənim alnım açıqdır. Bu günə qədər hər hansı fond almaq, satmaq və ya belə bir təşkilatın içində olmaq kimi hal qətiyyən olmayıb. Xalqımızın bu məsələdə həssaslığını hörmətlə və eyni hisslərlə bölüşürəm. 32 ildir yeganə gəlirim sizin rəğbətiniz sayəsində musiqidir. Həyat yoldaşım və vəkili məsələ ilə bağlı lazımi açıqlamanı verib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR