İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ermənilərin Qarabağa qayıtmasını niyə istəmir?..

Amma buna baxmayaraq, Nikol Paşinyan onları Azərbaycana qayıtmamağa çağırır və onlar üçün Ermənistanda hər cür şərait yaradılacağını və hətta ən yaxın vaxtlarda onlara vətəndaşlıq veriləcəyini bildirir.

Burada sual yaranır: bəs Paşinyan niyə belə edir? Məsələ bundadır ki, çoxdandır Ermənistanda demoqrafik böhran yaşanır, bu ölkə əhalisinin sayına görə Cənubi Qafqazın ən geridə qalan, üçüncü dövlətdir ki, bu da ölkənin gələcəyi və perspektivilə bağlı elə də böyük ümidlər üçün yer qoymur.

Hətta Dağlıq Qarabağdan köçən ermənilərin belə Ermənistanda məskunlaşmaq fikri yoxdur, minlərlə bu qəbildən olan erməni artıq Ermənistanı tərk edərək başqa ölkələrə, əsasən də Rusiyaya gedib. O səbəbdən də bir daha deyirik ki, erməni siyasətçiləri ölkələri sarından narahatlıq keçirirlər və bu narahatlıq xüsusən də Azərbaycanda Qərbi Azərbaycan və Qərbi Zəngəzur haqqında söhbətlər başlayandan sonra bir az da artıb.

O ki qaldı bəzi mümkün siyasi narazılıqlara, hazırda Ermənistanda vəziyyət bu baxımdan çox gərgindir. Amma buna baxmayaraq, erməni baş nazir növbəti ildə növbədənkənar parlament seçkiləri keçirmək təklifləri ilə çıxış edir, bu isə o deməkdir ki, Nikol Paşinyanın hakimiyyəti itirmək kimi narahatlığı yoxdur. Əlbəttə, bir gün Nikol da hakimiyyətdən gedəcək və onun hakimiyyətdə qalması bizim də maraqlarımıza cavab versə də (Paşinyanın dövründə Moskva ilə İrəvan arasındakı münasibətlər çox soyuyub, bu isə bizim maraqlarımıza cavab verir!), biz özümüzü bu amildən asılı tərəf kimi göstərməməliyik - Paşinyanın hakimiyyətdən getməsinin Günəşin çıxmasına, fəsillərin dəyişməsinə nə qədər dəxli varsa, bizə də bir o qədər aidiyyəti var.

Üstəgəl, Nikol Paşinyan hakimiyyəti sarıdan narahat olsaydı növbədənkənar parlament seçkiləri haqqında təkliflə çıxış etməzdi - belə təklif edirsə, deməli, o, müxalifətin çox zəif olmasının və özünün qalib gələcəyinin fərqindədir. Düzdür, ortada Rusiya faktoru da var. Siyasi müşahidəçilər diqqəti belə bir detala çəkirlər ki, Rusiya Ermənistandakı proseslərə müdaxilə edə bilər. Amma burada qeyd edək ki, Moskva Paşinyanı devirmək üçün mədəni üsulların demək olar ki, hamısından istifadə edib. İndi qalır qeyri-mədəni üsullar. Təsadüfi deyil ki, bu yaxınlarda Paşinyanın cangüdənlərinin sayının artırılması və gücləndirilməsi haqqında xəbərlər səsləndi. Amma bizə elə gəlir ki, bu müstəvidə belə Rusiyanın imkanları elə də böyük deyil - indi Paşinyan Qərbin diqqətində olan adamdır və Rusiya ilə geosiyasi çəkişmədə olan ABŞ-ın və Avropanın onunla bağlı müəyyən ümidləri var. Son proseslərdən belə görünür ki, Qərbin həqiqətən də Ermənistanda güclənmək və Rusiyanı bu ölkədən tamam sıxışdırıb çıxarmaq fikri var...

Bəli, ilin sonunda bölgədə siyasi və geosiyasi vəziyyət belədir. Biz bu sətirləri yazanda belə xəbərlər səslənirdi ki, bu günlərdə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı iclas keçiriləcək. Amma bu iclasın baş tutub-tutmamayacağı ilə bağlı elə bir yəqinlik yox idi. Biz dəfələrlə yazmışıq ki, bu qəbildən olan proseslər daha çox Ermənistana lazımdır, əlbəttə, əgər Qərbin və Nikol Paşinyanın Rusiya ilə bağlı planları ciddidirsə! Sərhədlər razılaşdırılsa, tərəflər arasında sülh sazişi imzalansa, kommunikasiyalar daha tez açılacaq, blokada götürüləcək. Doğrudanmı, Ermənistan bunu istəmir? Doğrudanmı, haylar Azərbaycan və Türkiyə ilə əvvəlki gərgin münasibətləri saxlamaq, bu fonda da Rusiyadan qopmaq isətəyirlər? Axı bu təqdirdə onun dünyaya İrandan və Gürcüstandan başqa çıxışı qalmayacaq! Üstəgəl, İrəvanın yeni ağaları - Qərb dövlətləri onun İranla yaxınlaşmasını qətiyyən istəmir. Gürcüstana gəldikdə isə bu ölkə üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin çox böyük önəmi var və onlar bu münasibətləri İrəvana görə qəti korlamaq istəməzlər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024