İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hə” deyib yola saldılar, ardınca isə...

“Hə” deyib yola saldılar, ardınca isə, az qala, bütün Ermənistanı qarışdırdılar – bəli, biz Moskvanın belə ssenariyə əl ata biləcəyini qəti inkar etmirik. Əslində isə məsələ bir az da əvvəl, Tavuşdan başlanılmışdı – keşiş Baqrat Paşinyana qarşı onun öz inqilabi taktikasını işə saldı, piyada İrəvana yürüş etdi. Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl Nikol da belə etmişdi...

İndi nə olacaq? Bir daha deyirik ki, biz bütün bunların arxasında Moskvanın dayandığını güman edirik. Məsələ heç onda da deyil ki, lap əvvəldən Paşinyan “Kremlin adamı” olmayıb, həm də ondadır ki, Nikol Moskvadan uzaqlaşmaq səmtində artıq real addımlar atmağa başlayıb və bu günlərdə bəyan edildi ki, İrəvan nəinki KTMT-ı maliyyələşdirməyəcək, hətta Azərbaycanla sərhəddən və Zvartnots hava limanından Rusiya sərhədçilərini çıxaracaq!

Maraqlıdır ki, Rusiya da bütün bunlara “yox” demədi, amma onun etirazı özünü Paşinyana qarşı hərəkətlərdə büruzə verə bilər ki, buna da biz bir neçə günün içində əmin olacağıq...

Bəs proseslərin inkişafı necə görünür? Keşiş Baqrat Paşinyana qarşı impiçment başladılacağını deyir. Amma parlamentdə çoxluq Paşinyanın tərəfindədir və bu səbəbdən də güman etmirik ki, bu ssenari keçərli olsun.

Daha real olanı kütləvi itaətsizlikdir. Amma kilsə və revanşist müxalifət buna nail olacaqmı? Hələki düşünürük ki, bu, elə də real perspektiv deyil. Məsələ bundadır ki, Baqrat Koçaryanla və digər kriminal klanların üzvlərilə iş birliyindədir.

Ona görə də güman etmirik ki, bu, orta statistik erməninin ürəyincə olsun. Bəli, məsəl var, deyirlər ki, bir çaya iki dəfə girməzlər. Ermənilər keçmiş Dağlıq Qarabağ klanının üzvlərinin hakimiyyətini artıq görüblər...

Bir sözlə, bir-iki gün gözləyək, görək, axırı nə olur bu proseslərin? Vəziyyət çox dramatik olsaydı, Paşinyan xarici işlər nazirlərinin Almatı görüşünü təxirə salardı, amma o, bunu etmədi və biz bu sətirləri yazanda artıq görüş başlanılmışdı.

Bütün bu kontekstlərdə ən çox maraq doğuran məsələ Moskvanın Paşinyanla son anlaşmasıdır və biz bunu artıq qeyd etdik. Amma burada başqa bir məqam da var. Birincisi, post-sovet ölkələrinin KTMT-ı tərk etməsi Kreml üçün elə də yeni hadisə deyil – bəzi Mərkəzi Asiya ölkələri bunu ediblər, necə deyərlər, gedib qayıdıblar.

İkincisi, istisna deyil ki, Kreml öz seçimini Ukrayna və Belarusun üzərində dayandıracaq. Qeyd edək ki, bir neçə il bundan əvvəl bu ssenari çox ciddi şəkildə müzakirə edilirdi. İndi də Rusiyanın bütün keçmiş sovet perimetri boyu Qərbə müqavimət göstərmək imkanları yoxdur.

Qərb özü də Ukraynada “mədəni müharibə” aparmaqdan bezibdir. Hələlik Moskva Qərbin müharibəyə daha aktiv müdaxiləsinin qarşısını nüvə hədələrilə alır. Belə hədə ilə bu yaxınlarda D.Medvedev çıxış etdi və bildirdi ki, Qərb müharibəyə əsgəri müdaxilə etsə, o halda Vaşinqton, London və Paris nüvə hücumuna məruz qalacaqlar...

Bir sözlə, Kreml artıq başını itiribdir. Ona görə də o, tələsik ssenarilərə də əl ata bilər.

Bunlardan biri də Cənubi Qafqazlarda güclənməkdir. Biz bu məsələnin də bu günlərdə çözümünü görəcəyik. Amma burada bir məsələ var.

Elə lap tutaq ki, Ermənistanda Azərbaycanla normallaşmanın əleyhinə olan qüvvələr hakimiyyətə gəldilər. Rusiya onlara nə verəcək? Təzədən “Dağlıq Qarabağ problemi”ni bərpa edəcəkmi? Moskvadan hər şeyi gözləmək olar, amma qatar artıq gedib və Kreml keçmiş Dağlıq Qarabağ müstəvisində hər şeyi Paşinyanın belinə yükləməyə çalışsa da, əlbəttə ki, belə deyil. Amma revanşistlər Kremlə bir məqsəd üçün lazım ola bilər: Ermənistanın Qərbə hərəkətini dayandırmaq üçün. İrəvana nə vermək məsələsinə gələndə isə, Kreml Minskə nə verib ki? Və yaxud da Kiyevə nə vəd edir ki?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024