Onlayn ictimai-siyasi qəzet
Sərnişin daşıyan mikroavtobusla "KamAZ" toqquşub, 7 nəfər ölüb. Sağ qalanlar da nə vəziyyətdədir, regional təbabətimiz sayəsində axırları necə olacaq - Allah bilir.
Əslində bizim bir çox həyat və yaradıcılığımız, fəaliyyət və məqsədlərimiz elə bu ifadə ilə səmərəli şəkildə ört-basdır edilməkdədir. “Allah bilir” şüarını niyə konstitusiya və qanunlarımıza salmamışıq, görəsən? Bunun müxtəlif versiyaları da yaxşıdır, işləkdir, uğurla tətbiq edilə bilər: “Allah bilən məsləhətdir”, “Allah biləni biz bilmərik”, “Hər kəs özü ilə beş arşın kəfən aparacaq” və sairə. Dünyəvi işlərimizin fırıq olmağına görə niyə dərd çəkək ki? Əsas adamın o biri dünyasıdır. Həri.
Yol polisi aktiv şəkildə xalqa müraciət hazırlamış, saxta marşrutkalardan yayınmağa səsləmişdir. Minnətdarıq, təşəkkür edirik, üzr istəyirik, lap belə ölək təkər və miqalkanızın altında. Sizə gələn bizə gəlsin.
O cümlədən mənim rəhmətlik Ayna nənəmin ismini daşıyan, nəticədə hər adını oxuyanda ürəyimin sarı simləri titrəyən yerüstü nəqliyyat agentliyi də açıqlama yaymışdır. Deyir, nə avtobusun, nə "KamAZ"ın sənədləri var imiş. Sitat: ""Mercedes-Bens" markalı “Sprinter” mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. Həmçinin “KamAZ” markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb". Sitatın sonu.
Daha dərin araşdırma aparsan bəlkə avtobusun iki təkərlə getdiyi, ölənlərin şəxsiyyət vəsiqəsinin vaxtının keçdiyi, bəzilərinin aliment ödəmədiyi, hətta ola bilsin orta məktəbdə fizika dərsindən kəsilməsi ortaya çıxar. Ona görə də klaviaturamı kompüterimin bir yerinə qoyub susuram. Dövlət idarələrinə minnətdarlığımızı bildiririk ki, çox şeyləri üzümüzə vurmurlar.
Əks halda, gərək biz həmin idarələrdən soruşaq ki, buraxılış vərəqəsini-zadı o maşınlara kim verməliydi? Qanunsuz marşrutkalar niyə var? İndi biz hər dəfə avtobusa minəndə sürücüdən prava istəməliyikmi? Ona cərimə balı yazmalıyıqmı? Mənim sürücülük vəsiqəsi satmağa ixtiyarım varmı? Görəsən, dünyaya nöş gəlib insan? Birinci toyuq yaranıb, yoxsa yumurta?
Suallar çoxdur, cavabı yoxdur. Çünki bizdə çox şey formaldır, kağız üzərindədir, fiktivnidir.
Bu yaxında Abşeron rayon xəstəxanasındakı qəribə növbə haqda xəbər çıxmışdı. Orada səhər saat 9-da elektron növbə qurğusundan çıxarılan sıra sayının fotosu verilmişdi və belə məlum olurdu adam 1780-cidir. Xəstəxana nümayəndəsi də fotonu təsdiqləmişdi, demişdi hələ bu nədir, gündə 3000-3500 nəfərə xidmət göstəririk.
Xəstəxanalarda tələbələrə, şagirdlərə, işə qəbul üçün, sürücülərə və sairəyə sağlamlıq arayışları verilir, növbəyə duranların çoxu bu kateqoriyaya aiddir. İndi gəlin balaca bir hesablama aparaq. Hesab edək xəstəxana gündə 8 saat qəbul keçirir. 3500 nəfəri 8 saat arasında bölsək saata təxminən 437 nəfər düşür. 1 saat 60 dəqiqədirsə, deməli, Abşeron rayon xəstəxanası dəqiqədə azı 7 nəfəri yola salmalıdır.
Rəhmətlik aktyor Arif Quliyevin “Salam, sağ ol” metodunun təbabətdə tətbiqi saymaq olar, açığı, buna belə şübhəm var, çünki altmış saniyədə 7 nəfərlə salamlaşmaq özü xeyli çətin prosesdir. Bəlkə yazışma ilə “slm”, “ok” yazsalar?..
Deməli, orada göstərilən hər hansı tibbi xidmət, o cümlədən verilən sağlamlıq arayışları uydurmadan başqa bir şey deyil. Özümüzü aldadırıq. Haçana qədər?
Ta ki, səhərə yaxın KamAZ qabağımıza çıxanacan. İraq olsun. Ancaq bunun üçün dualar var, yazdırıb qabaq tərəfdən asmaq lazımdır. Buraxılış kartını əvəz edir.
Hərçənd bu sferada da son illər dələduzlar çıxıb, saxta dualar yazırlar.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ