İnsanlara hürriyət, millətlərə istiqlal!

Boğazda qalan İran

Nə Vaşinqtonun, nə İsrailin bu müharibəni necə bitirəcəkləri barədə aydın planları var

Yenə o fikirdə qalıram ki, ABŞ İranla müharibəni məhz İsrailin təkidi səbəbindən başlayıb və əgər dünya mediasının yazdıqları doğrudursa, indi də aralarında savaşı bitirməklə bağlı ciddi fikir ayrılıqları yaranıb.

Tramp birinci hakimiyyəti illərində də anti-İran siyasəti yeridib, heç bir ciddi səbəb göstərmədən ABŞ-ı İranın “altılıq” ölkələri ilə nüvə razılaşmasından çıxarıb. Qüdsü (Yerusəlimi) BMT-nin qərarına zidd olaraq İsrailin paytaxtı kimi tanıyıb. İndi də ikinci hakimiyyətindən ötən 14 ayda ikinci dəfədir İranla müharibəyə girişib.

Netanyahu görünür, Xameneinin öldürülməsi ilə bu dəfə İranın “kitabının birdəfəlik bağlanacağına”, İslam rejiminin dağılacağına Trampı inandıra bilmişdi. Ona görə savaşın ilk 48 saatından sonra Tramp deyirdi ki, əsas məqsədləri İranda hakimiyyət dəyişikliyidir. Dünyanın ən məlumatlı və “qulağı yerdə” kəşfiyyatına malik iki ölkə dini liderin yerini təsbit edib onu öldürəndən sonra hakimiyyət dəyişikliyinin olacağını yəqin ki, Tehranın bulanıq havasına baxıb deyə bilməzdilər. Amma Xamenei və SEPAH-ın bir neçə generalı həyatda yoxdurlar, 13 gündür İran bombalanır, islamçı rejim isə hələ dəyişməyib, dini liderin oğlu da başa keçib. O halda, ya kəşfiyyat servisləri Netanyahunu və Trampı aldadıb, ya da...

Savaşın ilk günündən danışılır ki, Trampı Yaxın Şərqdəki qarmaşaya İsrail sürükləyib. Hətta Trampdan soruşdular ki, bu iddialar gerçəkdirmi? Ağ Ev sahibi inkar etdi, hətta dedi ki, əksinə, Netanyahunu hərbi əməliyyatlara başlamağa Ağ Ev inandırıb. Yəqin ki, bunu deyəndə uğuruna heç vaxt şərik istəməyən Tramp İranın mümkün məğlubiyyətinin də öz aktivinə yazılacağını düşünüb. Amma o da gerçəkdir ki, heç bir dövlət və ya dövlət adamı İsraili kafasına yerləşdirmədiyi heç nəyə, hələ-hələ müharibəyə sürükləyə bilməz…

İsrailin islamçı hakimiyyəti dəyişmək üçün niyə indini fürsət kimi gördüyü yəqin ki, Xameneinin fiziki yoxluğu ilə daha çox bağlıdır. Çünki Xamenei sadəcə dini lider deyildi, İslam inqilabının Xomeynidən sonrakı simvol şəxsi idi. Amma Xameneinin fiziki yoxluğundan sonra çoxlarının gözlədiyi olmadı. Ölkə içində İsrail və ABŞ kəşfiyyatı nəyə arxayın idilər, kimlərsə “Xameneini öldürün, küçələrə yüz minlərlə adam çıxaracağıq” vədi vermişdilərmi? Bəlkə elə onların planı necəsə alınmadı? Yəni suallar çoxdur.

Picture background

İran əlbəttə ki, bu savaşdan da ötən ilin iyununda olduğu kimi ağır yara alaraq çıxacaq. İslamçı rejim ölkə daxilində qəddarlığını artırmaqla daxili narazılığı bir yerədək yatıra bilər, bunun da haqq-hesabı mütləq olacaq. Amma İran rejimi bu savaşdan özünün çıxarları üçün hələ bir müddət istifadə edə biləcək.

Deyirlər, azərbaycanlılar niyə ayağa qalxmırlar, niyə hakimiyyəti dəyişmək üçün Amerikaya daxildən dəstək vermirlər və s. Sualın cavabı uzaqda deyil. Amerika Səddamı devirdi, İraq xalqı xoşbəxt oldumu? Liviya lideri öldürüldü, ölkə nə qazandı? İndi də Tramp gizlətmirdi ki, İranın neft və qaz ehtiyatlarını ələ keçirmək istəyir. İran rejimi də xalqlara zülm edir, amma ölkəyə kənar müdaxilənin də dinclik gətirməyəcəyi bəllidir.

İranın İslamından qorxmaq lazım deyil, İslamı hakimiyyətlərini saxlamaq üçün əlində vasitəyə çevirənlər qorxuludurlar, onlar bu yoldan çəkinməlidirlər. Müctəba Xameneinin ağlı olsa, İranda ciddi islahatlar aparar, dini dövlət səviyyəsində bu qədər istismarına yol verməz, tək farsların deyil, İrandakı xalqların hakimiyyətdə təmsilçiliyini təmin edər, sivil məktəblər açar, tədricən sanksiyaların yumşaldılmasına çalışar. Amma İranın sərt xətt tərəfdarları nüvə silahına sahib olmağın İslam respublikasının yaşamasının yeganə qarantiyası olduğunu iddia edirlər. Təəssüf ki, bu müharibə onların mövqelərini bir daha möhkəmlətdi. Bu rejimin nəzarətinə atom silahı keçməsinin Azərbaycan üçün də nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.

Son iddia budur ki, Trampın “müharibə bitir”, “İrana qalib gəldik” kimi bəyanatları əslində Ağ Ev sahibinin yaranmış qeyri-müəyyən vəziyyətdən doğan tərəddüdləridir. Guya İran hökuməti ilə işləməyə hazır olduğunu, İsrail isə savaşı rejimin devrilməsinə qədər davam etdirməkdə hələ də israrçı olduğunu deyir. Yəni Vaşinqtonun və Tel-Əvivin bu müharibəni necə bitirəcəkləri barədə aydın planları yoxdur. Fransanın “Le Monde” nəşri ABŞ-ın İrana qarşı təcavüzünə hələ də aydın bir əsaslandırma təqdim etməməsinə təəccüblənib. Nəşrin ekspertlərinin fikrincə, ABŞ-nin İrana qarşı kampaniyası “qeyri-müəyyən məntiqi və qeyri-müəyyən zaman çərçivəsi olan baha başa gələn geosiyasi macəradır”.

Топливо на заправках в США неприятно подорожало.

Trampın budəfəki macərapərəstliyi isə yaxınlaşmaqda olan aralıq seçkilərdə ona və respublikaçılara baha başa gələ bilər. Pentaqon bildirib ki, İrandakı müharibəyə 11,3 milyard dollar xərclənib, lakin bu hələ 6 günün hesabıdır, real xərclər tam məlum deyil. Amerika cəmiyyəti sentin dəyərini bilir. İran müharibəsi səbəbindən ölkədə benzin qiymətlərinin qallonu 3,50 dollara qədər artıb. Xameneinin ölməsi, Hörmüz boğazının bağlanması onların vecinə deyil — əsas məsələ qiymətlərdir, öz boğazlarıdır…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

24 May 2026

30 Aprel 2026

29 Aprel 2026

26 Aprel 2026

23 Aprel 2026

18 Aprel 2026

13 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

22 Mart 2026

18 Mart 2026

13 Mart 2026

09 Mart 2026

06 Mart 2026

05 Mart 2026

04 Mart 2026

01 Mart 2026

25 Fevral 2026

23 Fevral 2026

20 Fevral 2026

18 Fevral 2026

13 Fevral 2026

06 Fevral 2026

05 Fevral 2026

04 Fevral 2026

01 Fevral 2026

28 Yanvar 2026

24 Yanvar 2026