İnsanlara hürriyət, millətlərə istiqlal!

990 metr və ya əgər məsələ payıza qalarsa...

Birincisi, Brüssel görüşnüdə sülh sazişinin imzalanmasını təxmin etmirdik. Ən yaxşı halda bu görüşdə birgə bəyanat qəbul oluna bilərdi, bu isə hələ saziş demək deyil, yalnız sazişin əldə olunmasına yönəlik səyləri davam etdirməyə çağırış ola bilərdi. Brüsseldə sazişin imzalanması üçün Vaşinqtonda ortaq bir layihə qəbul olunmalı idi.

Gəl, məlum olduğu kimi, bu, baş vermədi - düzdür, Entoni Blinken bəyan etdi ki, bir sıra istiqamətlər üzrə razılaşma var, amma daha ciddi irəliləyişlər üçün danışıqları davam etdirmək lazımdır. Burada qeyd edək ki, Blinken cənablarının bu sözlərini əksər təhlilçilər diplomatik nəzakət jesti kimi yozdular - adətən heç nə əldə olunmayanda diplomatlar belə deyir və danışıqlar prosesini davam etdirməyə çağırırlar.

Vaşinqton görüşü bitən və Paşinyan Moskvadan qayıdan kimi təmas xəttində hərbi əməliyyatların yenidən başlanmsı da bir daha göstərdi ki, tərəflər arasında hər hansı ciddi razılaşmadan danışmaq hələ çox tezdir.

Düzdür, burada başqa bir məqam da var. Bu da erməni tərəfinin danışıqların nəticəsinə münasibətidir. Bir dəfə Paşinyan demişdi ki, sülh sazişinin əldə olunmasından bir gün sonra da hərbi əməliyyatlar və hətta müharibə başlaya bilər! Bəli, bu ermənilərin siyasi xislətinin göstəricisidir - onların öz vədlərinə, bəyanatlarına və hətta imzalarına olan münasibətidir. Onlar bu gün bir şey deyib, sabah tamamilə başqa cür hərəkət edə bilərlər...

İkincisi, Vaşinqton görüşü dövründə Paşinyanın başqa bəyanatları da olmuşdu. Məsələn, görüş başlayan kimi o, bəyanat verdi ki, əgər iyun ayının birində sülh sazişi imzalanarsa, o, buna çox şad olar. Bu isə o demək idi ki, iyundan tez heç nə baş verə bilməz...

Başqa bir bəyanatında isə erməni baş nazir bildirdi ki, əgər Azərbaycanla Ermənistan arasında məsafə min metrdirsə, bu məsafənin hələ on metri keçilib, deməli, hələ doqquz yüz doxsan metr qalıbdır...

Üstəlik, qarşıda hələ xarici işlər nazirlərinin Moskva görüşü var, hansı ki, mayın 19-da baş tutmalıdır. Maraqlıdır ki, belə diplomatik paralelliyə nə ehtiyac var? Minsk Qrupu mövcud olduğu vaxtlarda ABŞ-ın, Rusiya və Fransanın “səy”lərini bir diplomatik formata sığışdırmaq mümkün olmuşdu. İndi isə bu yoxdur. Rusiya Qərbin prosesə müdaxiləsinin qarşısını almaq, alternativ diplomatik səylərlə çıxış etmək istəyir. Əgər Paşinyan Rusiya ilə Qərb arasında “manevr”lər etməsəydi bəlkə də bunun qarşısını almaq olardı. Amma Paşinyan iki geosiyasi stulda və ya oturacaqda oturmağa səy edir. Əslində bu da təsadüf deyil.

Bir tərəfdən, Paşinyanın hər şeydən əvvəl erməni olması, digər bir tərəfdən, Rusiyanın İrəvana real təsirlərinin mövcud olması, üçüncüsü, Moskvanın Ukrayna müharibəsi bitənə kimi (ən azı!) Bakı və İrəvana ortaq məxrəcə gəlməyə imkan verməməyə çalışması erməni baş naziri belə diplomatik tryuklara həvəsləndirir. Ruslar gizlətmirlər ki, onlar Brüsseldə və yaxud da Kişinyovda hər hansı nəticənin əldə olunmasında maraqlı deyillər. Hətta belə xəbərlər yayırlar ki, tərəflərin yaz təmaslarından sonra daha bir görüş oktyabr ayında İspaniyanın Qranada şəhərində olacaq...

Biz bu sətirləri yazanda ermənilərin hərbi təxribatları davam edirdi. Bu isə o deməkdir ki, otuz illik təxribat maşını öz işindədir. Paşinyan güman edir ki, Rusiyanın Ukraynada qələbəsini gözləməkdə bir məntiq var. Di gəl, bizə elə gəlir ki, bu qələbə olmayacaq. Daha ehtimallısı budur ki, Ukrayna Rusiya üçün ikinci bir Əfqanıstan olacaq və Moskva bu hərbi-siyasi bataqlıqda hələ çox çabalayacaq...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024