İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə ölən tələbəmizin anası fəryad edir: "Balam mənə söz vermişdi, tutmadı..."

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı ölüm xəbəri yayılan Şahin Vəliyevin ailəsi hələ də yaşananlara inana bilmir. Alınan acı xəbər Şahinin yaxınlarını dərindən sarsıdıb. Xəbəri eşidən hər kəs 21 yaşlı tələbənin böyüdüyü evə gəlir. Təəssüf ki, ümid dolu baxışları indi göz yaşları əvəz edir.

Şahinin anası Esmira Hüseynova deyir ki, oğlunun ölüm xəbərini ilk dəfə sosial şəbəkədən oxuyub, daha sonra Türkiyədə olan qardaşı bu faktı təsdiqləyib.

Şahin Vəliyev evin tək oğlu olub. Özündən kiçik bacısı var. Hadisə zamanı tələbələr qaçmağa çalışsa da, bu, mümkün olmayıb.

Məlumat üçün bildirək ki, 21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman yönəticiliyi ixtisasında oxuyub. Malatya şəhəri Zafer məhəlləsi, Mehmet buyruq cadesi Hakim bey apartmanı ünvanında yaşayıb.

İlham Məmmədov,
Nazir Quliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR