İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski mövqeyini dəyişir: seçki müharibədən sonra olacaq

Ukrayna prezidenti Volodimir Zelenski seçkilərin müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı “Corriere della Sera” nəşrinə verdiyi müsahibədə mümkün seçkilərin vaxtı ilə bağlı suala cavab olaraq verib.

“Əsl sual budur: seçkiləri nə vaxt keçirə bilərik? Onlar mütləq müharibə bitdikdən sonra keçiriləcək, müvəqqəti atəşkəs dövründə deyil. Mən namizəd olacağımdan qətiyyən əmin deyiləm; baxacağam ki, ukraynalılar nə istəyirlər", - deyə prezident bildirib.

Lakin iki həftə əvvəl Zelenski fərqli bir ssenariyə ehtimal verərək bildirmişdi ki, əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəsə nail ola bilsək, parlamentlə danışmaq və onu hazırda dəstəkləmədiyi şeyi dəstəkləməyə inandırmaq üçün əlindən gələni edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR