İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski etiraf etdi: Donbasdan çıxmaq üçün...

Ukrayna prezidenti Volodimir Zelenski müharibə ilə bağlı mühüm detalı açıqlayıb.

Musavat.com xəbər verir ki, o, AFP-yə müsahibəsində həm Rusiya, həm də ABŞ tərəfindən Kiyevə ərazi məsələsində təzyiq göstərildiyini təsdiqləyib.

Zelenskinin sözlərinə görə, tərəflər müharibənin tez bitməsi üçün Ukraynaya Donbasdan çıxmağı təklif edir: “Həm amerikalılar, həm də ruslar deyirlər ki, sabah müharibənin bitməsini istəyirsənsə, Donbasdan get”.

Prezident əlavə edib ki, Ukrayna hazırda məğlub olmur, lakin əsas məsələ qələbənin əldə olunub-olunmayacağıdır və bunun qiyməti çox ağırdır.

Bununla yanaşı, o bildirib ki, Ukrayna ordusu əks-hücum əməliyyatları zamanı təxminən 300 kvadrat kilometr ərazini yenidən nəzarətə qaytarıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR