Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Vladimir Zelenskinin Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri general Kirill Budanovu Prezident Administrasiyasının rəhbəri təyin etməsinin arxasında siyasi hesablamalar dayanır.
The New York Times yazır ki, Budanovun prezident aparatına cəlb olunması onun gələcəkdə prezidentliyə namizədliyini ciddi şəkildə çətinləşdirir. Çünki bu vəzifə seçki proseslərində iştirak imkanlarını faktiki olaraq məhdudlaşdırır.
Nəşrin qeyd etdiyi kimi, Budanov müharibə dövründə Ukraynada ən populyar fiqurlardan biri sayılır və bu, Zelenskinin komandası üçün potensial təhlükə kimi qiymətləndirilə bilər. Məhz buna görə də generalın birbaşa siyasi yarışdan kənarda saxlanılması məqsədilə bu addımın atıldığı iddia olunur.
Rəsmi Kiyev isə təyinatın sırf idarəetmənin gücləndirilməsi məqsədi daşıdığını bildirir və siyasi motivlərlə bağlı iddialara münasibət bildirmir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ