İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenksinin Argentina prezidenti ilə SƏMİMİ GÖRÜŞÜ - Nələrdən danışdılar?...

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən Sülh Sammiti çərçivəsində Argentina prezidenti Xavyer Millay ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna preizdenti Volodimir Zelenskinin telegram kanalında görüntülər və məlumat paylaşılıb.

Məlumatda qeyd edilir ki, prezidentlər Sülh Formulasının ayrı-ayrı bəndlərinin həyata keçirilməsində gələcək addımları müzakirə ediblər.

Prezident Zelenski Argentinanın Ukrayna Uşaqlarının Qaytarılması üzrə Beynəlxalq Koalisiyaya bu yaxınlarda qoşulmasına görə Argentina prezidenti Xavyer Millaya  təşəkkür edirib. Söhbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusilə də ticarət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"İlk Sülh Sammitində iştirak etdiyiniz üçün təşəkkür edirik. Biz Latın Amerikası ölkələrinin Sammitdə geniş iştirakını yüksək qiymətləndiririk. Əminəm ki, tarix bizim sülhə gedən uzun yolumuzu xatırlayacaqdır." - , deyə Ukrayna prezidenti bildirib. 

Görüşdən görüntüləri təqdim edirik. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2024

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR