İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoruq elan edilən Ordubad şəhərinin tarixi - VİDEO

Ordubad şəhəri Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Şəhər dövrümüzə qədər özünün orta əsr milli memarlıq və şəhərsalma quruluşunu qoruyub saxlayır. Bütün bu xüsusiyyətlərindən irəli gələrək 2024-cü ildə imzalanan sərəncam əsasında "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Şəhəri ziyarət edən turistlər qədimliyini qoruyub saxlayan məhəllələrlə, qədim məscidlərlə, buzxana, hamam, karvansara, üstüörtülü bazar kompleksi ilə - bir sözlə şərq şəhərinin əsas elementlərini təşkil edən unikal tikililərlə yerində tanış olmaq imkanına malikdirlər.

Qeyd edək ki, hazırda qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı müxtəlif dövlət proqramlarının icrasına start verilib.

Bir müddət əvvəl Ordubada səfər edən əməkdaşımız yerli sakinlərlə həmsöhbət olub, şəhərin tarixinə, memarlığına, ənənələrinə dair müxtəlif məlumatları ordubadlıların öz dilindən öyrənməyə çalışıb.

Müsahibəni təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR