Onlayn ictimai-siyasi qəzet
Yeşilçamın unudulmaz simalarından biri olan Pembe Mutlu illər sonra ortaya çıxan görüntüsü ilə yenidən gündəmə gəlib. Uzun müddətdir kameralardan uzaq yaşayan 71 yaşlı aktrisanın son görünüşü diqqət çəkib.
Əsl adı Pembe Gül olan sənətçi 1955-ci ildə Türkiyənin Dənizli şəhərində anadan olub. Karyerasına jurnal çəkilişləri ilə başlayan Mutlu qısa müddətdə prodüserlərin diqqətini cəlb edib.
Pembe Mutlu xüsusilə “Çiçek Abbas”, “Davaro” və “Mavi Mavi” filmlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb. 1980-ci illərdə Yeşilçamın ən çox tələb olunan aktrisalarından biri olan Mutlunun kino karyerası təxminən 12 il davam edib.
İllər sonra görüntüləndi
Aktyorluğu buraxdıqdan sonra mediadan uzaq həyat sürməyi seçən Pembe Mutlu uzun illər ərzində kameralardan uzaq qalıb. İllər sonra yayılan görüntüləri isə onun yenidən gündəmə gəlməsinə səbəb olub.
Ela gözləri ilə Yeşilçamın yadda qalan simalarından olan aktrisanın indiki görünüşü gənclik illərindəki görüntüləri ilə müqayisə edilib. Onun illər ərzindəki fiziki dəyişimi diqqət çəkib.
Pembe Mutlunu uzun müddət sonra görən bəzi izləyicilər isə aktrisanı tanımaqda çətinlik çəkdiklərini bildiriblər.//Demokrat.az
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ