Onlayn ictimai-siyasi qəzet
Lənkəranın Kərgəlan kəndində 16 yaşlı Emil İbadovun döyülməsi faktı ilə bağlı bəzi detallar məlum olub.
Emil İbadovun əmisi yeniyetmənin vəziyyətinin ağır olduğunu bildirib:
"Atam zəng vurdu ki, uşağı vurub, beynini yarıblar, reanimasiyadadır. 10-15 dəqiqəyə özümü çatdırdım. Həkimlər süni nəfəs veriblər. Vəziyyəti çox ağırdır".
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ