Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Yasamal rayonunda keçirilən kütləvi tədbir zamanı bədbəxt hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində qeydə alınıb.
Hadisə zamanı iriölçülü LED monitor aşıb. Bildirilir ki, ehtiyatsızlıq nəticəsində aşan ekran insanların dayandığı əraziyə düşüb.Nəticədə bir qadının xəsarət aldığı qeyd olunur. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, bədbəxt hadisə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbiri zamanı baş verib.
Hadisənin digər təfərrüatları və xəsarət alan şəxsin vəziyyəti barədə əlavə məlumat veriləcək.
Şahanə Rəhimli
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ