İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənd şəhərində əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçirilib.

Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilmiş yarmarkada qaz paylayıcı stansiyanın operatoru vəzifəsi üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslər Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR