Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
***
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Musavat.com Report-a istinadla bildirir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ