İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin o tayı və bu tayı – Qazaxıstan və Azərbaycandan müttəfiqik yolunda inamlı addımlar

Prezident İlham Əliyevin bu il aprel ayının 10-da Qazaxıstan Respublikasın rəsmi səfərə gedəcəyi, Astanada bu dövlətin başçısı Kasım-Jomart Tokayevlə bir çox məsələləri müzakirə edəcəyi barədə xəbər ilk olaraq Qazaxıstan mediasında işıqlandırılmışdı.

Bu, Qazaxıstan tərəfinin Prezident İlham Əliyevin səfərinə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisi idi.

Bu səfər son illər iki dövlət arasında qurulan dostluq-qardaşlıq münasibətlərinin yüksələn xətti üzrə inkişafında yeni mərhələydi. Bundan əvvəl həm Tokayevin Azərbaycana səfəri, həm də İlham Əliyevin Qazaxıstana səfəri mühüm nəticələrlərlə yadda qalmışdı. Yeni səfərin də həmin silsilədən olacağı gözlənilirdi.

Bundan əvvəl Qazaxıstan və Azərbaycan prezidentləri həm Türk Dövlətləri Təşkilatının sammitlərində, həm də Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında görüşmüş, müxtəlif məsələlərə dair müzakirələr aparmışdılar. Ona görə də güman etmək olardı ki, növbəti görüş daha çox imzalanan sənədlərlə əlamətdar olacaq.

Elə də oldu və bu sənədlərin sayı çoxdur. Buraya Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında protokoldan tutmuş ta hər iki dövlətin baş xəbər agentlikllərinin əməkdaşlığına, multikulturizm sahəsində tərəfdaşlğa, eləcə də biznes ortqalığı barədə anlaşmaya dair bir sıra sənədlər aiddir. Bundan başqa, Azərbaycan və Qazaxıstan elm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalayıb.

Qarşılıqlı əlaqələrin, gediş-gəlişin, bütün sahələrdə əməkdaşlığın intensivləşməsi təkcə iki ölkə arasındakı dostluğun rəmzi deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlığın özüdür.

FotoJet - 2022-08-24T131739.514.jpg (56 KB)

                                   Füzuli, 24 avqust, 2022-ci il

Məlum olduğu kimi, ötən ilin avqust ayının 24-də Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində olub, burada qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ilə maraqlanıb. Bu mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir və xalqımız bunu heç vaxt unutmayacaq.

Yuxarıda dediyimiz kimi, Qazaxıstan və Azərbaycanın müttəfiqlik münasibətləri TDT çərçivəsində, həm də MDB müstəvisində davam edir. Bundan başqa, bu iki dövlət arasında müttəfiqliyə dair ikitərəfli müqavilələr, saziş və memorandumlar imzalanıb. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalanıbı. Dünən imzalanan bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

Qazax və Azərbaycan xalqı arasında soy-kök identikliyinə əsaslanan çoxəsrlik qarşılıqlı əlaqələr mövcud olub və istər mədəni müstəvidə, istərsə də dil və adət-ənənə yaxınlığı baxımından hər iki xalqın bir-birinə daha da yaxınlaşmasını zəruri edir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Başqa yolu yoxdur. Həm Azərbaycan, həm də Qazaxıstan müstəqillik qazandıqdan bəri bütün transmilli və regional layihələrdə iştiraka can-başla hazır olduqlarını dəfələrlə göstəriblər və həmin istiqamətdə davam edirlər.

55544.png (48 KB)


Hazırda Qazaxıstan neftinin Azərbaycan üzərindən nəql edilməsinə başlanması həmin kursun davamıdır. Bundan başqa, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işlərin başlanması barədə qərarlar qəbul edilib və bunlar Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılmasına ciddi töhfə olacaq. Xəzərin o tayı və bu tayı bir-birindən çox da uzaq olmayacaq.

İki dövlət arasında əmtəə dövriyyəsinin artırılması sahəsində geniş potensial var. Yaxın illərdə Qazaxıstanın və Azərbaycanın arasındakı ticarət dövriyyədi milyard dollara çatmalıdır. Hər iki dövlətin elə bir iqtisadi potensialı var ki, bir-birinin iqtisadiyyatı üçün geniş anlamda faydalı ola bilər. Buradan Qazxıstanata, Qazaxıstandan isə buraya tədarük edilə biləcək əmtətələr çoxdur və iki ölkə bir-biri üçün əlverişli bazar rolu oynamaq gücündədir.

Bir sıra beynəlxalq və regional təşkilatlarda bərabər təmsil olunan Qazaxıstan və Azərbaycan lazımi anlarda bir-birinin haqq işinə dəstək verməsi faktları da var. Məsələn, 44 günlük müharibədə Ermənistan Azərbaycanı onun ərazi bütövlüyünü pozmaqda şərləmək və regiona KTMT qoşunlarını cəlb etmək istəyərkən Qazaxıstanın prinsipial mövqeyi ilə üzləşmişdi. Eləcə də 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar baş verərəkən və KTMT qoşunları bu ölkəyə yeridilərkən Azərbaycan Qazaxıstanın legitim hakimiyyətinə dəstək vermişdi.

1681157093238876378_1000x669.jpg (370 KB)

Bu il aprelin 10-da isə Astananın mərkəzində yerləşən küçəyə Azərbaycan xalqının ümummulli lideri Heydər Əliyevin adının verilməsi Ulu Öndərin xatirəsinə, eləcə də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.

Qazaxıstanda bilirlər ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən hakimiyyətə dəvət edilib və ən ağır dövrdə ölkəyə rəhbərlik edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev küçəyə Heydər Əliyevin adının verilməsi münasibətilə təşkil olunan mərasimdə deyib:
“Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir.

16811570932478316105_1000x669.jpg (249 KB)


Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir.

Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir.

Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”.

168115709364697770_1000x669.jpg (275 KB)


Gerçəkdən də, ümummilli lider ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Onun səyləri nəticəsində xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alınıb. Həmin dövrdə ölkənin daxilində tüğyan edən qeyri-müəyyənlik, hərc-mərclik, əraizimizin işğalı Azərbaycanın gələcəyini şübhə altına qoyurdu. H.Əliyevin hakimiyyətə gəlişindən sonra sabitlik yarandı və ordu quruculuğa başlandı.

Sonra, iki il yarım öncə Ulu Öndərin əsas vəsiyyətini həyata keçiriərək, torpaqlarımızı işğaldan azad etməyi, ərazilərimizi özümüzə qaytarmağı, Azərbaycan xalqının ləyaqətini bərpa etməyi bacardıq.

Prezident Əliyev mərasimdə bu barədə danışaraq deyib: "Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR