İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər vasitəsilə İrana 5 ton DOLLAR GÖNDƏRİLİB - SENSASİON DETALLAR ÜZƏ ÇIXDI

Rusiya Dövlət Bankı “Promsvyazbank” 2018-ci ildə İrana təxminən 2,5 milyard dollar nağd pul göndərib.

Ödənişlər ABŞ prezidenti Donald Trampın Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən cəmi bir neçə gün sonra başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumatda bildirilir ki, cəmi dörd ay ərzində 34 böyük partiyada təxminən beş ton kağız pul İrana göndərilib.

Hər partiyanın həcmi 57 milyon dollardan 115 milyon dollara qədər olub.

Nağd pul göndərişləri 2018-ci ildə İran rəhbərliyinin etiraz dalğasını yatırmasından sonra başlayıb.

“Promsvyazbank”ın ilk göndərişi Trampın sanksiya fərmanını imzalamasından bir həftə sonra, 13 avqust 2018-ci il tarixində həyata keçirilib. İlk partiya 110 kiloqram ağırlığında və 57,3 milyon dollar dəyərində olub. Pul vəsaitləri ehtimal ki, əvvəlcə qatarla Həştərxan limanına, oradan Xəzər dənizi vasitəsilə Əmirabad limanına, daha sonra isə qatarla Tehrana çatdırılıb.

Qeyd edək ki, əvvəlcə özəl olan “Promsvyazbank” 2017-ci ildə Kremlin tərəfindən milliləşdirilib və ABŞ sanksiyalarını keçmək və müdafiə sektorunu maliyyələşdirmək istiqamətində fəaliyyətə yönəldilib. 2018-ci ilin yanvarında bankın rəhbəri, Rusiya xarici kəşfiyyatının sabiq rəhbərinin oğlu Pyotr Fradkov təyin olunub.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Fradkov ABŞ və Böyük Britaniya sanksiya siyahısına daxil edilib, bank da eyni zamanda sanksiyalar altına düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR