İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xamenei müalicə üçün Rusiyada olsa...” - Ekspert ŞOK DETALLARI AÇIQLADI

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov İranın yeni ali lideri Müctəba Xameneinin müalicə üçün Moskvaya aparıldığı haqda yayılan xəbərə belə reaksiya verib:

“Bilirsiniz... biz bu cür xəbərlərə münasibət bildirmirik”.

Qeyd edək ki, “Əl-Cəridə” Müctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığını yazıb. Rəsmi Tehran xəbəri nə təkzib, nə də təsdiq edib. İndi isə Rusiya tərəfi yayılan xəbərə faktiki olaraq mücərrəd cavab verməklə kifayətlənib.

MESİYEV.jpg (407 KB)

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Dmitri Peskovun “biz bu cür xəbərlərə münasibət bildirmirik” deməsi diplomatik praktikada çox istifadə olunan neytral və qaçış xarakterli cavabdır:

“Bu cür açıqlama bir neçə fərqli mənanı ifadə edə bilər və avtomatik olaraq xəbərin doğru olduğunu göstərmir. Digər tərəfdən, Xamenei Moskvada olmasaydı, Peskov “Rusiyada deyil, xəbər doğru deyil” deyə bilərdi”.

Bəs sözçünün mücərrəd cavabı xəbərin doğruluğu ehtimalını artırırmı?

Azad Məsiyev hesab edir ki, Peskovun o cavabından birbaşa olaraq belə nəticə çıxarmaq düzgün deyil:

“Diplomatiya praktikasında belə ifadələr üç səbəbdən istifadə olunur: Məlumatın məxfiliyi, mövzunun siyasi həssaslığı, rəsmi təsdiq verməkdən qaçmaq. Bu səbəbdən Kreml sözçüsünün nə təkzib edir, nə də təsdiq cavabı verməməsi təbiidir. Hətta nəzəri baxımdan hesab etsək ki, Müctəba Xameneinin Rusiyaya aparıldığı barədə xəbər doğrudur, Peskovun xəbəri nə təsdiq, nə təkzib etməsi ali liderin təhlükəsizliyi baxımından və məxfilik səbəbilə tamamilə normaldır. Çünki əgər həqiqətən Müctəba Xamenei müalicə üçün Rusiyada olsa, bunu açıq elan etmək onun siyasi və hərbi hədəfə çevrilmə ehtimalını artıra bilər”.

Ekspertin fikrincə, yayılan xəbər doğrudursa belə, əgər İran rəhbərliyi bu məlumatın açıqlanmasını istəmirsə, Moskva da bunu rəsmi şəkildə təsdiqləməyə bilər:

“Digər tərəfdən, əgər Rusiya İran liderini qəbul etdiyini açıq etiraf etsə, bu, ABŞ və İsrail ilə gərginliyi artırar. Moskvanın münaqişəyə daha açıq şəkildə tərəf olduğu görüntüsü yaradar. Daha bir ehtimal odur ki, Kremlin rəsmi strukturlarında Müctəba Xamenei barədə məlumat təsdiqlənməyib. Ona görə də media xəbərlərinə əsaslanaraq şərh vermək istəmirlər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR