Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Zabit Nəbizadənin oğlu Əmrahın toy mərasiminin keçiriləcəyi tarix açıqlanıb.
Şad gün iyunun 15-də paytaxtdakı restoranlardan birində baş tutacaq. Toy məclisinin aparıcılığını isə tanınmış televiziya siması Mətanət Əliverdiyeva edəcək.
Bu barədə məlumat televiziya proqramlarından birində səsləndirilib. Bildirilib ki, hazırlıqlar artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Əmrah Aysun adlı xanımla ailə həyatı qurmağa hazırlaşır. Cütlük ötən ay keçirilən nişan mərasimindən sonra toy hazırlıqlarına başlayıb.
Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə cütlüyə xoş arzular ünvanlanıb və toyun detalları izləyicilərin marağına səbəb olub./milli.az/

28 Iyul 2026
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ