İnsanlara hürriyət, millətlərə istiqlal!

WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edildi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə təsis olunan dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - Bakı Şəhərsalma Mükafatı (Baku Urban Award) rəsmi olaraq təqdim edilib.

Musavat.com xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak edib.

Mükafat barədə danışan A. Rossbax bidlirib ki, qlobal şəhərsalma icması olaraq müvafiq tərəflər özündən sonra şəhərsalma sahəsində icrası mümkün olan miras qoymalıdır:

“Geriyə qoyduğumuz miraslardan biri də ondan ibarətdir ki, ilk dəfə WUF-da 500-dən artıq fərqli təcrübələri bir araya gətirdik”.

Qeyd edilib ki, Meksikada keçiriləcək WUF14-də artıq seçilmiş şəxslərə mükafat təqdim ediləcək. Mükafatın əsas məqsədi dayanıqlı şəhərsalma ideyalarını təşviq etmək, bu sahədəki qabaqcıl qlobal təşəbbüsləri qiymətləndirməkdir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR