İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç: Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirəcək

“Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirəcək”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Qazla işləyən elektrik stansiyası ilə bağlı razılaşmanı başa çatdırmaq üzrə olduğumuzu söyləməkdən məmnunam. Azərbaycanın Serbiyada təxminən 600 milyon dollarlıq investisiyası var. Eyni zamanda, Belqrad və Bakı arasında birbaşa uçuşları açmaq üzrəyik”, - deyə Vuçiç vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR