İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuelada seçkilər vacibdir – Rubio AÇIQLADI

Venesuelada seçkilərə hazırlıqların başlanması lazımdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio digər G7 ölkələrinin xarici işlər nazirləri ilə məsləhətləşmələr zamanı deyib.

Onun sözlərini Kanadanın xarici işlər naziri Anita Anand yazılı açıqlamasında qeyd edib. Anandın sözlərinə görə, Rubio həmin gün keçirilən məsləhətləşmələr zamanı "siyasi məhbusların azad edilməsinin, demokratiya üçün şəraitin yaradılmasının və venesuelalıların sonda qanuni prezident seçəcəyi seçkilərin planlaşdırılmasının vacibliyindən" danışıb.

Anandın bildirib ki, G7 xarici işlər nazirləri "beynəlxalq hüququn və digər qlobal münaqişələrin, o cümlədən Ukraynanın gələcək suverenliyini dəstəkləmək üçün təhlükəsizlik zəmanətlərinin əhəmiyyəti barədə dialoqlarını davam etdirmək barədə razılığa gəliblər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 4-də ABŞ administrasiyasının Venesuelada seçkilərin Cənubi Amerika ölkəsinin bərpasından sonra keçirilməsini istədiyini, yaxın 30 gündə seçkilərin olmayacağını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR