İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlakı - SİYAHI

Ötən gün Bəxtiyar Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.

Musavat.com unikal.az-a istinadla Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını təqdim edir:

- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil; 

- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;

- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;

- Oğuzda yerləşən villa;

- Oğuzda obyektlər və mağazalar;

Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi monitorinq keçirib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Azər Aydınov göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.

Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR