İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyana görə Bakıya gəlməyən Taleb KİMDİR? - DOSYE

Amerikalı yazıçı və risk analitiki Nikolas Nassim Taleb Azərbaycana gəlməkdən imtina edib. Musavat.com “Hraparak”a istinadla bildirir ki, o, Ruben Vardanyanın həbsdə olmasını səbəb göstərib.

"Məni mühazirə oxumaq üçün Azərbaycana dəvət etdilər. Ruben Vardanyan həbsdə olduğu müddətdə Azərbaycana ayaq basmayacağam", - Taleb X sosial platformasında yazıb.

Bakıya gəlməkdən imtina edən Taleb əslində kimdir? – İlginc faktlar+FOTOLAR  - Globalinfo.az

Qeyd edək ki, Taleb 1960-cı ildə Livanda anadan olub. Uzun illər maliyyə bazarlarında opsion treyderi və risk mühəndisi kimi çalışıb. Nyu York Universitetinin Tandon Mühəndislik Məktəbində risk mühəndisliyi üzrə professor kimi fəaliyyət göstərib. Taleb Livanın Amioun şəhərində onkoloq və antropologiya üzrə tədqiqatçı Minerva Qosn və Nagib Talebin ailəsində anadan olub. Onun varlı və nüfuzlu valideynləri Livan Yunan Pravoslav Xristianları idi və Fransa vətəndaşlığına malik idilər . Onun ana tərəfdən babası Fuad Nikolas Qosn və ulu babası Nikolas Qosn 1940-cı illərdən 1970-ci illərə qədər Livanın baş nazir müavinləri idilər və dörd dəfə ulu babası Livan Dağı administratorunun direktorlar şurasının üzvü idi.

"The Sunday Times" qəzeti onun 2007-ci ildə nəşr olunmuş "Qara Qu quşu" əsərini İkinci Dünya Müharibəsindən bəri ən təsirli 12 kitabdan biri kimi təsvir edib. Taleb özünü iş adamı deyil, təsadüfiliyin epistemoloqu hesab edir. 2009-cu ildə Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında Taleb bankirlərə sərt sözlər deyib və bankirlərin ehtiyatsızlığının "cəzalandırılacağınız təqdirdə" təkrarlanmayacağını bildirib.

Who is Nassim Nicholas Taleb, the man who will meet PM Modi?

2008-ci ildə “The Times” qəzetində dərc olunmuş məqalədə jurnalist Brayan Appleyard Talebi "dünyanın ən populyar mütəfəkkiri" kimi təsvir edib. Taleb boğaz xərçəngindən əziyyət çəkir. O, 1988-ci ildə Sintiya Şeltonla evlənib, bir oğlu və bir qızı var.

Taleb dəfələrlə Ceffri Epşteynlə görüşməkdən və onun məclislərinə qatılmaqdan imtina edib və onun barəsində "siçovul qoxusu gəlirdi" deyib. Epşteyn onların "heç vaxt görüşmədiklərini" təsdiqləyib.

Lakin Taleb Vardanyan kimi birini özünə dost görməklə prinsipiallığını pozub. Çünki onun dostu Azərbaycanda və Ukraynada separatizmi, terrorizmi maliyyələşdirib. Eyni zamanda, Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə sərhədi keçib, Qarabağda xunta rejimində post tutub, dövlətə qarşı çıxışlar edib, təhdidlər səsləndirib. Taleb kimi müdafiə etdiyinin fərqindədirmi? Ancaq onun mövqeyi təəccüb doğurmur. Çünki Hindistan kimi ermənipərəst bir ölkənin baş naziri Modi ilə görüşməsi bizim üçün Talebin hansı ampluada olduğu təsəvvürünü formalaşdırır. 


Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2026

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR