İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzunmüddətli stress gözə ziyandır

Görmə zəifləməsi təkcə yaşlanma ilə əlaqəli olmur. Mütəxəssislərin sözlərinə görə, xroniki xəstəliklər, uzunmüddətli stress, yorğunluq, kifayət qədər yatmamaq, vitamin çatışmazlığı, eləcə də siqaret və spirtli içki istifadəsi göz sağlamlığına mənfi təsir göstərə bilər.

Həkimlər bildirirlər ki, şəkərli diabet kimi bəzi ümumi xəstəliklər də görmə problemlərinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən görmədə hər hansı dəyişiklik və ya narahatlıq hiss edildikdə, oftalmoloqa müraciəti gecikdirməmək vacibdir.

Mütəmadi göz müayinələri mümkün problemlərin erkən aşkar olunmasına, vaxtında müalicəyə başlanmasına və ciddi fəsadların qarşısının alınmasına kömək edir.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR