İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir” mövsümün rekorduna imza atdı

“Kanal D”nin reytinq rekordları qıran serialı “Uzak şehir” yeni bölümü ilə mövsümün ən yüksək göstəricisinə imza atıb.

Musavat.com xəbər verir ki, məhkəmənin Cihan və Alyanın nikahını etibarsız sayması ilə başlayan hadisələr silsiləsi geridönüşü olmayan mərhələyə qədəm qoyub.

Reytinqlərə və sosial mediaya damğa vuran final səhnəsində Alya oğlu Cihan Deniz ilə sevdiyi kişi Cihan arasında ağır seçim etmək məcburiyyətində qalıb. 

Boran və Sadakatın Cihan Denizi şantaj vasitəsinə çevirən amansız planı həm Alyanı, həm də ekran qarşısındakı tamaşaçıları dərindən sarsıdıb.

Bazar ertəsi axşamları yayımlanan və demək olar ki, hər iki televizordan birində izlənilən “Uzak şehir” yaratdığı emosional dalğa ilə reytinqləri də təsiri altına alıb. Fenomen serial yeni bölümü və xülasəsi ilə bütün tamaşaçı kateqoriyalarında ilk iki pillədə qərarlaşıb.

Ümumi tamaşaçılar kateqoriyasında 16,81 reytinq və 41,63 izlənmə payı əldə edən serial AB qrupunda 13,94 reytinq – 35,44 pay, 20+ABC1 kateqoriyasında isə 15,90 reytinq – 37,39 pay göstəricisinə çataraq bu iki kateqoriyada öz mövsüm rekordunu yeniləyib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR