İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya silah çatdırılmasına cavabdeh general işdən çıxarıldı

ABŞ Müdafiə Nazirliyi V Ordu Korpusunun komandiri general-leytenant Çarlz Kostanzanı vəzifəsindən kənarlaşdırıb.

Musavat.com xəbər verir ki, məlumatı ABC News yayıb. ABŞ V Ordu Korpusu Avropadakı əməliyyatlara və NATO-nun şərq cinahındakı Amerika hərbi mövcudluğuna rəhbərlik edir.
Kanal qeyd edir ki, bu bölmənin əhəmiyyəti Ukraynadakı münaqişə səbəbindən artıb, çünki o, Kiyevə yardımın əlaqələndirilməsinə kömək edir.

ABC News-un məlumatına görə, Kostanza ivəzifəsindən iki ay sonra ayrılmalı idi. Onun vaxtından əvvəl vəzifədən alınmasının səbəbləri hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR